HASANLY

HASANLY Xəbərlər 2-10-2024, 12:56

Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 2-nə olan məlumata əsasən, ölkə ərazisində oktyabrın 1-də gündüz saatlarından başlayaraq hava şəraiti dəyişib. Bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Göygöldə 10 mm, Daşkəsəndə 8 mm, Şahbuzda 7 mm, Tərtər, Şəki, Yevlax, Goranboy və Gədəbəydə 2 mm, Naxçıvan, Quba, Xaltan, Xınalıq, Altıağac, Naftalan, Bərdə, Ağdam, Ağcabədi, Kürdəmir, Sabirabad, İsmayıllı, Qəbələ, Şamaxı, Beyləqan, Daşkəsən, Ağsu, Gəncə, Göyçay, Mingəçevir, Oğuz, Qusar, Balakən, Xaçmaz və Qaxda 1 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq, qərb küləyinin sürəti Şahdağda arabir 20 m/s-dək güclənib. Göygöl, Daşkəsən, Şəmkir və Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-də 29, Aran rayonlarında 27, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
204 183 163 179 223 206

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.