HASANLY

HASANLY Xəbərlər 3-10-2024, 13:13

İsrail tərəfindən öldürülən "Hizbullah" liderinin dəfn ediləcəyi tarix məlum oldu

İsrail tərəfindən öldürülən "Hizbullah" liderinin dəfn ediləcəyi tarix məlum oldu
İsrailin hava hücumu nəticəsində öldürülən Livanın "Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də baş tutacaq.

Loading.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İsrailin Kan radiostansiyası məlumat verib.

Xatırladaq ki, sentyabrın 23-də İsrail "Hizbullah" hərəkatının birləşmələrinə qarşı "Şimal oxları" əməliyyatına başlayıb və bu əməliyyat zamanı hərəkatın hərbi hədəflərinə kütləvi hava zərbələri endirib. Sentyabrın 27-də baş verən hücumlardan biri nəticəsində Nəsrullah Beyrutda öldürülüb. Hərəkat onun ölümünü təsdiqləyib və İsrailə qarşı müqaviməti davam etdirəcəklərinə söz verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
238 271 190 227 234 211

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.