cabir

cabir Xəbərlər 5-10-2024, 22:07

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sun.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildiirlib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsasən şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
171 186 180 159 139 195

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.