HASANLY

HASANLY Xəbərlər 11-10-2024, 12:19

ABŞ-də zavodda kimyəvi sızma: Ölənlər və xəsarət alanlar var

ABŞ-də zavodda kimyəvi sızma: Ölənlər və xəsarət alanlar var
Texasın Dir-Park şəhərindəki "Pemex" neft emalı zavodunda kimyəvi maddələrin sızması nəticəsində ölənlər və xəsarət alanlar var.

Loading.Az-ın "Reuters"ə istinadla verdiyi məlumata görə, bu barədə müəssisədən xəbər verilib.

Qeyd olunur ki, sızma zavod işçilərindən birinin hidrogen-sulfid tərkibli xətti açması nəticəsində baş verib.

Onun özü hadisə yerində həlak olub. Ümumilikdə qəza nəticəsində azı iki nəfər həlak olub və daha beş nəfər yaralanıb.

Müəssisədə təcili yardım briqadaları növbə çəkir.

Dir-Park və Pasadena rəhbərliyi fövqəladə vəziyyət rejimi tətbiq edib, sakinləri bütün pəncərə və qapıları bağlayaraq evdə qalmağa çağırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
200 189 158 208 135 184

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.