HASANLY

HASANLY Azərbaycan 11-10-2024, 13:38

Françesko Korvaro: "COP29-un sədri kimi Azərbaycan çətin vəzifənin öhdəsindən uğurla gəlir"

Françesko Korvaro: "COP29-un sədri kimi Azərbaycan çətin vəzifənin öhdəsindən uğurla gəlir"
"COP29-un sədri kimi Azərbaycan ona həvalə edilmiş çətin vəzifənin öhdəsindən uğurla gəlir".

Bunu "Report"a açıqlamasında COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində deyib.

F.Korvaro qeyd edib ki, Bakıda keçiriləcək COP29-da çətin vəzifələr həll edilməli olacaq. O, tərəflərin razılığa gələ biləcəyinə əminliyini ifadə edib:

"Bildiyiniz kimi, bizim qarşımızda iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) müzakirəsi dayanır. İnanıram ki, tərəflər ümumi fikrə gələ və iqlim fondlarının gələcəyi üçün bu istiqamətdə növbəti addımları razılaşdıra biləcəklər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 311 255 242 210 268

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.