HASANLY

HASANLY Xəbərlər 11-10-2024, 14:58

İran hökuməti polisləri elektroşok cihazları ilə silahlandırır

İran hökuməti polisləri elektroşok cihazları ilə silahlandırır
İran hökuməti polisləri elektroşok cihazları ilə silahlandırır.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

İranın polis komandanlığının rəis müavini Qasem Rezayi ixtisaslaşmış polislərin elektroşok silahları ilə təmin edilməsinin prioritet olduğuna toxunaraq deyib: "Biz bu silahların tədarükü və istehsalı prosesindəyik, eyni zamanda qüvvələri təchiz etməkdəyik!".

O, polisin elektroşok silahlarla təchiz edilməsini "asayişin və təhlükəsizliyin təmin edilməsi" və "standartlaşdırma"ya uyğunlaşmaq üçün vacib olduğunu bildirib.

"Bu avadanlıq cinayət yerində çox effektivdir və cinayətkarlarla, xüsusən də "quldurlarla" mübarizədə polisə kömək edə bilər", - deyə Qasem Rezayi qeyd edib.

Xatırladaq ki, İranın polis və təhlükəsizlik orqanları bir qrup şübhəli, təqsirləndirilən və ya cinayətkarı "quldur" adlandırır və onlarla sərt davranır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
182 183 161 170 149 180

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.