HASANLY

HASANLY Xəbərlər 12-10-2024, 13:54

Bayden Trampın müdafiəsinə qalxdı: İrana xəbərdarlıq etdi

Bayden Trampın müdafiəsinə qalxdı: İrana xəbərdarlıq etdi
ABŞ Prezidenti Co Bayden İran hakimiyyətini ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd planlarından çəkinməyə çağırıb.

Loading.Az-ın "Politico"ya istinadən xəbərinə görə, bu barədə ABŞ prezident administrasiyasının yüksək vəzifəli rəsmisi məlumat verib.

Rəsminin sözlərinə görə, Vaşinqtonda İranın təşəbbüsü ilə keçmiş prezidentə qarşı istənilən sui-qəsd cəhdi müharibə aktı kimi qəbul ediləcək.

"Bayden İran hökumətinin "ən yüksək eşelonları"na mesajlar göndərərək Trampa və keçmiş ABŞ rəsmilərinə qarşı sui-qəsdləri dayandırmağın zəruriliyi ilə bağlı xəbərdarlıq edib", - deyə yazıda bildirilib.

Jurnalistlər həmçinin keçmiş dövlət katibi Mayk Pompeo, keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və ABŞ-nin İran üzrə keçmiş xüsusi nümayəndəsi Brayan Hukun İran tərəfindən hədəf alındığı iddialarına diqqət çəkiblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
231 195 161 134 163 190

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.