HASANLY

HASANLY İdman 19-10-2024, 11:20

Ronaldonun qolu sayəsində "Ən-Nəsr" "Əl-Şəbab"a qalib gəldi

Ronaldonun qolu sayəsində "Ən-Nəsr" "Əl-Şəbab"a qalib gəldi
Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 7-ci turunda "Əl-Şəbab" və "Ən-Nəsr" komandaları qarşılaşıb. "Ən-Nəsr" 2:1 hesabı ilə qalib gəlib.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, hesabı 69-cu dəqiqədə "Ən-Nəsr"in müdafiəçisi Aymerik Laport açıb.

Daha sonra 90-cı dəqiqədə qonaqların qapısına avtoqol qeydə alınıb.

Oyunda yekun nəticəni hücumçu Kriştianu Ronaldu 90+7-ci dəqiqədə 11 metrlik zərbə müəyyən edib - 2:1. Beş dəqiqə sonra "Ən-Nəsr"in futbolçusu Məhəmməd Simakan meydandan qovulub.

Yeddi oyundan sonra "Əl-Şəbab" 12 xalla Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlində dördüncü yerdədir. "Ən-Nəsr" eyni sayda oyundan sonra 17 xal toplayaraq ikinci pillədə qərarlaşıb. Növbəti mərhələdə "Əl-Şəbab" "Əl-Oruba" (24 oktyabr), "Ən-Nəsr" isə "Əl-Xolud" (25 oktyabr) ilə qarşılaşacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
284 262 216 231 203 223

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.