HASANLY

HASANLY Xəbərlər 20-10-2024, 15:31

Şuşada İLK körpə dünyaya gəlib

Şuşada İLK körpə dünyaya gəlib
İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.

Loading.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, Şuşa sakini, 1990-ci il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır.

Doğulan körpənin çəkisi 3 200 qram, boyu 54 santimetr olub.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, tibb müəssisəsinin həkimləri tərəfindən T. Xamıyevanın hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
163 192 143 159 171 133

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.