HASANLY

HASANLY Xəbərlər 21-10-2024, 22:15

Ermənistan BRICS-ə üzv olmağı planlaşdırmır

Ermənistan BRICS-ə üzv olmağı planlaşdırmır
Ermənistan 22-24 oktyabr tarixlərində Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək.

Loading.Az-ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, bu barədə parlamentdə respublikanın baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

Baş nazirin müavini bununla belə İrəvanın hazırkı mərhələdə birliyin üzvü olmaq imkanını müzakirə etmədiyini vurğulayıb.

"Xeyr, xeyr, hazırkı mərhələdə xeyr", - deyə o, BRICS-ə üzvlük üçün müraciət etmək imkanı ilə bağlı jurnalistin sualını cavablandırıb.

Qeyd edək ki, daha əvvəl Ermənistan hökuməti baş nazir Nikol Paşinyanın BRICS sammitində iştirak edəcəyini təsdiqləyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 163 195 150 164 173

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.