HASANLY

HASANLY Xəbərlər 22-10-2024, 12:50

ABŞ-də yeniyetmə silahla beş nəfərin həyatına son qoyub

ABŞ-də yeniyetmə silahla beş nəfərin həyatına son qoyub
ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində baş verən atışma nəticəsində azı beş nəfər ölüb.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunub ki, insident barədə polisə qonşular məlumat veriblər.

Evə daxil olan polislər orada beş nəfərin meyitini tapıblar. Ölənlərdən ikisi ortayaşlı, digər üç nəfər isə yeniyetmə olub. Atışma zamanı yaralanan daha bir gənc xəstəxanaya yerləşdirilib.

Polis şübhəli şəxsi saxlayıb. "Reuters" xəbər verib ki, onun 15 yaşlı yeniyetmə olduğu üzə çıxıb. Hadisəni törədənin kimliyi açıqlanmasa da, ölən və hücum edən şəxslərin qohum olduqları qeyd edilib.

Polis araşdırmanı davam etdirir, hadisəni motivləri hələlik bəlli deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
185 174 149 162 198 173

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.