HASANLY

HASANLY Xəbərlər 22-10-2024, 16:09

SOCAR Qarabağ və Şərqi Zəngəzurda görüləcək işləri açıqlayıb

SOCAR Qarabağ və Şərqi Zəngəzurda görüləcək işləri açıqlayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının karbon neytral zona kimi inkişaf etdirilməsi üçün hazırdır.

Bu barədə "Report" SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, şirkət bu çərçivədə emissiyaların azaldılması - enerji səmərəliliyinin artırılması, "CCU/CCUS" (Karbonun tutulması və istifadəsi/Karbonun tutulması, istifadəsi və saxlanması) və s. kimi imkanların tətbiqini nəzərdə tutur.

Bu ərazidə həmçinin elektrikli nəqliyyat vasitələri üçün infrastrukturun qurulması, yəni onlar üçün regional infrastrukturun qurulması da mümkündür.

SOCAR Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının karbon neytral zona kimi inkişaf etdirilməsi üçün qazı bərpa olunan enerji, H2, və digər "yaşıl enerji həlləri" ilə əvəz edəcək, həmçinin "yaşıl yanacaq" istehsalını artıracaq və ənənəvi karbohidrogen yanacağının bioqaz və biodizellə əvəz edilməsinə çalışacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
159 202 152 147 162 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.