HASANLY

HASANLY İdman 22-10-2024, 16:19

Raya Naynqqolan Azərbaycanın I Liqa klubuna keçir?

Raya Naynqqolan Azərbaycanın I Liqa klubuna keçir?
"Raya Naynqqolanın Azərbaycana gəlmək ehtimalı hələlik 50 faizdir".

Loading.Az Sportinfo.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında "Karvan" klubunun baş məşqçisi Kənan Kərimov deyib.

Belçika millisinin sabiq ulduzu Raya Naynqqolan karyerasını Azərbaycanda davam etdirə bilər.

İtaliya nəhəngləri - "Roma" və "İnter"də çıxış etmiş yarımmüdafiəçi menecerlər vasitəsilə Birinci Liqada çıxış edən Yevlax təmsilçisinə təklif olunub.

K.Kərimov bildirib ki, bu transferə isti yanaşırlar. Buna görə tərəflər arasında ilkin danışıqlar olub. Futbolçunun maddi şərtləri öyrənilib.

"Təklif bizə futbolçunun menecerindən gəlib. "Karvan"ın birinci yerdə getməsi və Premyer Liqaya iddialı olması Raya Naynqqolanın diqqətini çəkib. Agenti ilə söhbətlərdə hiss edirik ki, futbolçunun özü də burada oynamaqda maraqlıdır. Müəyyən şərtlər var ki, biz onları razılaşdırmalıyıq. Tam detalları açıqlaya bilmərəm. Sadəcə, onu əlavə edə bilərəm ki, belçikalı yarımmüdafiəçi klubumuzun vəziyyətindən, məqsədlərindən yetərincə məlumatlıdır", - deyə K.Kərimov bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
241 236 212 198 185 232

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.