Rusiyanın general-leytenantı Suriyada öldürüldü
Suriyadakı Rusiya hərbi bazasında xidmət edən general-leytenant Nikolay Mixaylenko, Latakiya çölündə baş verən qarşıdurmada həlak olub. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, Rusiya mətbuatı Mixayenkonun Latakiya çölündə terror təşkilatı DEAŞ üzvləri ilə qarşıdurma zamanı qaçırılan bəzi rus əsgərlərinin xilasetmə əməliyyatları zamanı həyatını itirdiyini bildirib.
Qeyd edək ki, 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsində Dəməşq rejiminə dəstək verən Rusiyanın Latakiyadakı Hmeymim Hava Bazasında və Tartusdakı Logistika Dəstək Mərkəzində hərbi bazası mövcuddur.