HASANLY

HASANLY Xəbərlər 24-10-2024, 11:05

Donald Trampdan seçkiqabağı ermənipərəst bəyanat

Donald Trampdan seçkiqabağı ermənipərəst bəyanat
ABŞ-nın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp rəqibi Kamala Harrisi tənqid edərkən qatı ermənipərəst mövqe nümayiş etdirib.

Loading.Az xəbər verir ki, D.Tramp bu barədə özünə məxsus olan "Truth" sosial şəbəkəsində yazıb.

Belə ki, D.Tramp Qarabağı "Artsax" kimi qələmə verib. Üstəlik 120 min erməninin Qarabağdan zorla köçürülməsi ilə bağlı cəfəng iddia səsləndirib:

"Kamala Harris 120 min erməni xristianın dəhşətli təqiblərə məruz qaldığı və "Artsax"dan zorla köçürüldüyü zaman heç bir şey etmədi. Kamala Harris ABŞ-nin prezidenti olarsa, dünyadakı xristianlar təhlükədə olacaqlar.

Mən prezident olsam, təqib olunan xristianları müdafiə edəcəyəm, zorakılığı və etnik təmizləməni dayandıracağam. Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyəm".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
185 195 147 135 176 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.