"Paytaxt ərazisində kanalizasiya və su ötürücülər standartlara cavab vermir və ya əhali sayına uyğun deyil" - Əmlak eksperti
"Hər hansısa ərazidə yaşıllıq,meşəlik varsa, həmin sular yaşıllıq vasitəsilə torpağa sovrulur. Bakı şəhərində əksər yaşıllıqlar kəsilib, yerinə binalar tikilib. Parkların sayı çox olsa da, yer hissəsi mərmər və ya ağ lay daşdandır ki, bu da yağışın torpaqla təmasına maneə yaradır. Paytaxt Bakının mərkəzi və mərkəzə yaxın ərazilərində kanalizasiya xətləri var. Amma Abşeronun bir hissəsində hələ kanalizasiya xətləri yoxdur. Su və kanalizasiya xətlərinin reallığı yağışla bəlli oldu".
Bu sözləri əmlak məsələləri üzrə ekpsert Elnur Fərzəliyev Sun.Az -a bildirib.
O qeyd edib ki, paytaxt ərazisində kanalizasiyalar və su ötürücülər standartlara cavab vermir və ya əhali sayına uyğun deyil. və ya əhali sayına uyğun deyil:
"Paytaxt Bakının daha əvvəlki daş planı ən son 1986-cı ildə təsdiqlənmişdi və 19 illik müddəti özündə əks etdirirdi. Həmin ildə paytaxt əhalisinin sayı 1 milyon 700 min idi. 19 ildəki artımı nəzərə alaraq çəkiləcək avtomobil yolları,səkilər, su kanalizasiya xətləri və digər kommunikasiya xətləri həmin dövrdə insanların sayına uyğun hesablanmışdı. Lakin daha sonra bir çox problemlər, Qərbi Azərbaycandan insanların məcburi köçkün düşməsi və onları paytaxt Bakıya gəlməsi, daha sonra Sovetlər Birliyinin dağılması nəticəsində işsizliyə görə insanlar böyük şəhərlərə axın etdilər. Sonra 1-ci Qarabağ müharibəsi səbəbindən kütləvi surətdə paytaxt Bakıya axın oldu. Bakı şəhərində 4-5 milyon civarında insan yaşayır. İnsanların sayının həddindən artıq çox olmasına baxmayaraq bütün kommunikasiya sistemi, kanalizasiyanın çox böyük hissəsi 90-cı illərə qədər çəkilənlərdir. Hazırda paytaxt ərazisində yüz minlərlə fərdi yaşayış və çox mənzilli binalar inşa olunub. Bunların da böyük hissəsi köhnə kanalizasiya və kommunikasiyalara qoşulur. Bakının yeni baş planına əsasən, 2040-cı ilə qədər Bakı şəhərində qurut suları, yağış suları və kanalizasiya xətləri bir-birindən ayrılacaq və çəkiləcək yeni xətlər həm baş plana uyğun, həm paytaxt ərazisində yaşayan insanların sayına uyğun tikiləcək. Lakin bu günə qədər baş verən proseslər, ötən gündə baş verən yağış nəticəsində su basması onu deməyə əsas verir ki, paytaxt ərazisində kanalizasiyalar və su ötürücülər standartlara cavab vermir və ya əhali sayına uyğun deyil. Bundan əlavə, hər hansısa ərazidə yaşıllıq,meşəlik varsa, həmin sular yaşıllıq vasitəsilə torpağa sovrulur. Bakı şəhərində əksər yaşıllıqlar kəsilib, yerinə binalar tikilib. Parkların sayı çox olsa da, yer hissəsi mərmər və ya ağ lay daşdandır ki, bu da yağışın torpaqla təmasına maneə yaradır. Paytaxt Bakının mərkəzi və mərkəzə yaxın ərazilərində kanalizasiya xətləri var. Amma Abşeronun bir hissəsində hələ kanalizasiya xətləri yoxdur. Su və kanalizasiya xətlərinin reallığı yağışla bəlli oldu. Yəqin ki, yaxın zamanda bununla bağlı tədbir görülər".