cabir

cabir Xəbərlər 25-10-2024, 17:11

"Azərbaycan hüquq mühafizə orqanları baş verə biləcək bütün təhlükələrin qarşısını öncədən almaq iqtidarındadırlar" - Deputat

"Azərbaycan hüquq mühafizə orqanları baş verə biləcək bütün təhlükələrin qarşısını öncədən almaq iqtidarındadırlar" - Deputat
Xəbər verdiyimiz kimi bu gün Türkiyədə terror aktı baş verib.

Mövzu ilə bağlı Sun.az -a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan hüquq mühafizə orqanları peşəkardılar və baş verə biləcək bütün təhlükələrin qarşısını öncədən almaq iqtidarındadırlar:

"Bu gün Azərbaycan hüquq mühafizə orqanları üzərinə düşən işi məsuliyyətlə yerinə yetirirlər. Onlar peşəkardılar və baş verə biləcək bütün təhlükələrin qarşısını öncədən almaq iqtidarındadırlar. Türkiyədə baş verən terror fərqli prosesdir. Bu gün biz bu anlamda öz təhlükəsizliyimizi yüksək formada təmin etmişik və yenə də edəcəyik. Eyni zamanda bu gün hüquq mühafizə orqanları belə hadisələrin baş verməməsi üçün ayıq-sayıqdır, bütün tədbirləri həyata keçirir. Ancaq vətəndaşlarımız da ayıq-sayıq olmalıdrlar və çalışmalıdırlar ki, maksimum dərəcədə diqqətli olsunlar. Bu cür hadisələrdə hər kəsin üzərinə məsuliyyət düşür".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
240 179 176 195 175 178

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.