cabir

cabir Xəbərlər 26-10-2024, 14:04

Daha bir "Azərişıq" əməkdaşını "tok" vurub öldürdü

Daha bir "Azərişıq" əməkdaşını "tok" vurub öldürdü
Bakıda "Azərişıq" ASC-nin əməkdaşını elektrik cərəyanı vurub. Sun.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, S.Qocayev küçəsində baş verib.

Sabunçu rayon İşıq İdarəsinin elektriki 47 yaşlı Emin Mirzə oğlu Hüseynovu işıq dirəyində iş görən zaman cərəyan vurub. Hadisə nəticəsində o, yerindəcə keçinib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, iki gün öncə də Qobustan qəsəbəsi ərazisində yerləşən "ANT" sement zavodunda "Azərişıq" ASC-nin işçisini cərəyan vuraraq öldürmüşdü.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
195 183 213 184 184 209

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.