HASANLY

HASANLY Xəbərlər 26-10-2024, 18:53

Mikayıl Cabbarov Türkiyənin sənaye və texnologiyalar naziri ilə görüşüb

Mikayıl Cabbarov Türkiyənin sənaye və texnologiyalar naziri ilə görüşüb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısı çərçivəsində Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır ilə görüşüb.

Loading.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

"Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısı çərçivəsində Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır ilə görüşmək xoş oldu. Ölkələrimizin iqtisadi birliyini gücləndirmək, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı dəstəkləmək və Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi arasında əlaqələri genişləndirmək üçün mövcud imkanlardan istifadənin vacibliyini vurğuladıq", - deyə paylaşımda qeyd olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
169 187 200 145 174 179

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.