cabir

cabir Xəbərlər 1-11-2024, 21:28

Azərbaycan şirkəti "SIAL Paris 2024" sərgisində iştirak edib

Azərbaycan şirkəti "SIAL Paris 2024" sərgisində iştirak edib
Azərbaycanın aparıcı qida və distribusiya şirkətlərindən biri olan Avrora Qrup dünyanın ən məşhur qida sərgilərindən biri kimi tanınan "SIAL Paris 2024" qida sərgisində öz stendi ilə çıxış edib. Sərgidə şirkətin istehsal etdiyi - "Bizon", "Kreki", "Harika", "Tanelli", "Berg Glucose", "Sladena", distribusiyasını həyata keçirdiyi "İstisu" mineral suları və digər məhsullar müxtəlif ölkələrdən gələn qonaqlara nümayiş etdirilib.

Avrora Qrup bu böyük qida sərgisi platformasında müxtəlif ölkələrdən olan partnyorları ilə görüşmüş və yeni layihələri müzakirə etmişdir. Bundan başqa şirkət həmçinin yeni potensial müştərilərlə danışıqlara başlamış və öz ixrac coğrafiyasını genişləndirmə imkanlarını dəyərləndirmişdir.

Məlumat üçün bildirək ki, "SIAL Paris 2024" sərgisində 200-dən çox ölkədən gələn təxminən 285000 ziyarətçi, 7500 sərgi iştirakçısı iştirak edib.
Sərgi zamanı müxtəlif qida yenilikləri və tendensiyaları sərgi iştirakçılarına təqdim edilib.

Qeyd edək ki, 1964-cü ildən etibarən keçirilən SIAL sərgisi qida və içki sənayesində ən son tendensiyaları, texnologiyaları və biznes imkanlarını kəşf etmək üçün qlobal mərkəz rolunu oynayır. Sərgi iştirakçılarının 73%-nin Fransadan kənardan gəlməsi beynəlxalq bazarları araşdırmaq və məhsulları qida innovasiyalarının önündə yerləşdirmək üçün əla fürsətlər yaratmış olur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
192 157 147 151 152 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.