cabir

cabir Xəbərlər 1-11-2024, 21:48

"Avropa İttifaqının missiyasının Ermənistana gəliş səbəbi Ermənistanla deyil, Rusiya ilə bağlı idi" - Politoloq

"Avropa İttifaqının missiyasının Ermənistana gəliş səbəbi Ermənistanla deyil, Rusiya ilə bağlı idi" - Politoloq
Ermənistan ərazisindəki Avropa İttifaqının (Aİ) "müşahidəçiləri" yenidən Azərbaycanla sərhədə gəliblər.

Mövzu ilə bağlı Sun.Az -a danışan politoloq Turan Rzayev bildirib ki, Avropa İttifaqının missiyasının Ermənistana gəliş səbəbi Ermənistanla deyil, Rusiya ilə bağlı idi. Rusiyanın bu ölkədəki təsirini müəyyən edib tədricən Rusiyanı Ermənistandan çıxarmaq və yerinə Avropa İttifaqının qüvvələrini cəlb etmək idi. Mövcud vəziyyətə baxdıqda buna nail olduqlarını görə bilmirik:

"Avropa İttifaqının "sülhməramlı missiyası" hərbi hissələrdən, kəşfiyyatçılardan və xüsusi xidmət orqanlarının üzvlərindən ibarətdir. Onlar ehtiyatda olan göstərilsələr də, faktiki olaraq vəzifələrinin başındadırlar. Sadəcə formal olaraq vəzifələri dəyişib. Sonuncu reyddə Fransa bayraqlı maşınların sərhədimiz boyunca hərəkət etməsi onu göstərir ki, Fransa bu proseslərin pərdəarxasındadır. Paris hələ də xülyalar içərisindədir. Ermənistanı ələ alıb Cənubi Qafqazda özünə yer edəcəyini düşünür. Amma bunlar boş cəhdlərdən başqa bir şey deyil. Bu missiyanın fəaliyyətinin heç bir əsası yoxdur. Faktiki olaraq Azərbaycan və Ermənistan ikili danışıqlarla prosesləri həll etməyə çox yaxındır. Belə olan vəziyyətdə Fransanın proseslərə müdaxilə imkanları çox deyil. Əslində, Avropa İttifaqının missiyasının Ermənistana gəliş səbəbi Ermənistanla deyil, Rusiya ilə bağlı idi. Rusiyanın bu ölkədəki təsirini müəyyən edib tədricən Rusiyanı Ermənistandan çıxarmaq və yerinə Avropa İttifaqının qüvvələrini cəlb etmək idi. Mövcud vəziyyətə baxdıqda buna nail olduqlarını görə bilmirik. Amma son reydlərin məhz Azərbaycanla sərhəddə olması onu göstərir ki, missiya öz işinin çərçivəsini aşmaqdadır. Azərbaycanla sərhəddə reyd aparmaq səlahiyyətini heç kim onlara verməyib. Azərbaycan tərəfi mövqeyini əvvəldən açıqlayıb. Biz onların reydlərindən o qədər də narahat deyilik, amma istənilən halda doğru deyil. Bu, binokl diplomatiyasıdı. Azərbaycan tərəfi rəsmi səviyyədə etirazını bildirib. Görünən odur ki, Avropa İttifaqı regionda məqsədsizlik içərisindədir. ATəT-in Minsk qrupu kimi bu qurumun da fəaliyyəti sıradan çıxacaq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
248 191 200 206 212 211

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.