HASANLY

HASANLY Xəbərlər 3-11-2024, 20:37

Finlandiya Rusiyaya nota verdi

Finlandiya Rusiyaya nota verdi
Finlandiya Xarici İşlər Nazirliyi ölkənin Moskvadakı diplomatik nümayəndəliyinin hasarına dəyən ziyanla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, Finlandiyanın Rusiyadakı səfiri Marja Liivalanın STT agentliyinə verdiyi məlumata görə, cümə günü diplomatik nümayəndəliyin hasarına İsveç dilində "Aland adaları bizimdir" yazısı yazılıb, səfirliyin ərazisinə yumurta atılıb.

Liivala polisin tez bir zamanda beş təcavüzkarı saxladığını bildirib. Dərc edilmiş fotoşəkillərə əsasən, yazı kərpic hasarın ən azı üçdə bir hissəsini tutur.

Səfirin sözlərinə görə, Finlandiya Xarici İşlər Nazirliyi bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
239 238 274 214 212 229

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.