HASANLY

HASANLY İdman 3-11-2024, 20:53

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"dən üstün olub

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"dən üstün olub
Misli Premyer Liqasının 12-ci turu çərçivəsində "Kəpəz" "Səbail" üzərində qələbə qazanıb.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma Gəncə klubunun 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Yeganə qolu 90+5-ci dəqiqədə Camal Cəfərov vurub.

12-ci turun son matçı Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda gerçəkləşəcək. "Sumqayıt" evdə "Sabah"la qarşılaşacaq. Rəvan Həmzəzadənin idarə edəcəyi görüşə saat 19:00-da start veriləcək.

Hazırda "Sabah" 17 xalla beşinci pillədə yer alıb. "Sumqayıt" isə 10 xalla 7-cidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" evdə "Araz-Naxçıvan"a uduzub - 0:1. "Turan-Tovuz" - "Qarabağ" matçında qol vurulmayıb. "Zirə" isə səfərdə "Şamaxı"nı məğlub edib - 2:0.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
223 188 205 184 173 213

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.