HASANLY

HASANLY İdman 4-11-2024, 13:32

"Qarabağ"ın 67 oyunluq seriyasına son qoyulub

"Qarabağ"ın 67 oyunluq seriyasına son qoyulub
Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" mövsümdə ilk heç-heçəsinə imza atıb.

Loading.Az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri uzun fasilədən sonra qolsuz bərabərliyə imza atıblar.

Bu, XII turun "Turan Tovuz"la səfər görüşünə təsadüf edib.

Ağdam klubunun 0:0 hesablı heç-heçə etməsi sonuncu dəfə təxminən iki il əvvəl qeydə alınıb. Bu, 2022-ci il noyabrın 28-də "Zirə" ilə ev matçında yaşanıb. "Qarabağ" ardıcıl 67 görüşündə ən azı bir qol sevinci yaşayıb.

Bu, ölkə çempionatları tarixində 2-ci belə seriyadır. 0:0 hesabı olmadan keçirilən oyun sayında rekord "Şahdağ Qusar"a məxsusdur. Bölgə təmsilçisi texniki nəticələr nəzərə alınmadan ardıcıl 95 matçlıq seriyaya malikdir. 3-cü göstəriciyə malik "Şamaxı"nın hesabında 59 oyunluq seriya var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
198 240 187 196 204 206

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.