cabir

cabir Xəbərlər 8-11-2024, 11:15

"Mindən artıq avtobus Bakı şəhərinə lazımdır" - Nəqliyyat eksperti

"Mindən artıq avtobus Bakı şəhərinə lazımdır" - Nəqliyyat eksperti
"Bakı şəhərinə 2600-dən çox avtobus lazımdır, amma nə qədər dirənsək də, 2000-dən çox avtobusu xəttə buraxa bilmirik. Hardasa 600-700 avtobusumuz çatmır. Nəzərə almaq lazımdır ki, mövcud olan avtobusların da 500-ə yaxını istifadəyə yararsız vəziyyətdədir və təcili yenilənməlidir".

Bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı Sun.Az -a bildirib.

O həmçinin qeyd edib ki, Bakı şəhəri üçün 27 metro stansiyası çox azdır. Bu, Bakının metroya olan tələbatının cəmi 30 faizini qarşılayır:

"Tıxacla mübarizə üçün kompleks yanaşma tələb olunur. Bunun da əsas şərti ictimai nəqliyyatın inkişafıdır. Burada söhbət təkcə avtobus zolaqlarının yaradılmasından söhbət getmir. Olmayan avtobus üçün zolaq yaratmağa çıxış yolu kimi baxmaq düzgün deyil. Çünki Bakı şəhərinə 2600-dən çox avtobus lazımdır, amma nə qədər dirənsək də, 2000-dən çox avtobusu xəttə buraxa bilmirik. Hardasa 600-700 avtobusumuz çatmır. Nəzərə almaq lazımdır ki, mövcud olan avtobusların da 500-ə yaxını istifadəyə yararsız vəziyyətdədir və təcili yenilənməlidir. Mindən artıq avtobus Bakı şəhərinə lazımdır. Burada paralel olaraq metro şəbəkəsi inkişafından danışmalıyıq. Bakı şəhəri üçün 27 metro stansiyası çox azdır. Bu, Bakının metroya olan tələbatının cəmi 30 faizini qarşılayır. İnfrstruktur yaradılmalı, sonra avtobus zolaqları haqqında düşünmək lazımdır. Bu zolaqların qorunmasına nəzarət etmək lazımdır ki, digər avtomobil sürücüləri oraya daxil olmasın. Biz Qazaxıstan şirkəti ilə danışıqlar aparmışıq. Avtobusların üzərində kamera qoyulması nəzərdə tutulub və kameralar zolağa daxil olan nəqliyyat vasitələrini aşkarlayır. Onun əsasında da sürücülər cərimələməcək. Bu cür metodlar gözlənilir. Lakin bir gecənin içində bu məsələlərin həll olunacağı mümkün deyil".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
187 186 139 112 138 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.