"Şuşa ordumuzun sonrakı qələbələri üçün döyüş ruhunu yüksəltdi" - Politoloq
"Şuşanın strateji yüksəklikdə yerləşməsi faktoru nəzərə alınarsa,onun silahlı qüvvələrimiz tərəfindən geri alınması müharibənin müqəddəratını həll etmiş oldu. Təsadüfi deyildi ki, Şuşanın itirilməsindən sonra düşmən silahı yerə qoyub təslim oldu".
Bu sözləri politoloq Elşən Manafov Sun.Az -a bildirib.
O qeyd edib ki, Şuşa ordumuzun sonrakı qələbələri üçün döyüş ruhunu yüksəltdi,xalqımızda və orduda özunəinam hissini daha da gücləndirdi:
"Şuşasız bizim Ermənistan üzərindəki qələbəmiz yarımçıq olardı.Şuşanın alınmasına Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi bu qiymət Şuşanın xalqımız üçün necə böyük tarixi,əxlaqi mənəvi,psixoloji əhəmiyyət kəsb etməsinin göstəricisi kimi önəm kəsb edir.
Şuşa Azərbaycanın mədəniyyət paytaxtı,tariximizin bir parçası,Qarabağımızın simvolu,ədəbiyyat və musiqimizin beşiyi,təmsiıçisi olmaq etibarı ilə xalqın Qarabağ torpaqlarına olan haqqının pasportu ,mənəviyyat dünyamızın incisidir.Əslində Qarabağ savaşı məhz Şuşanı qaytarmaq,tarixi ədaləti bərpa etmək,musiqi və mədəniyyətimizi geri qaytarmaq uğrunda bir savaş olmuşdur.Biz bütün dünyanın gözü qarşısında məlum çətinliklərə,mərhumiyyətlərə baxmayaraq iman və vətən torpağı uğrunda gedən savaşı qazandıq.
Şuşanın strateji yüksəklikdə yerləşməsi faktoru nəzərə alınarsa,onun silahlı qüvvələrimiz tərəfindən geri alınması müharibənin müqəddəratını həll etmiş oldu. Təsadüfi deyildi ki, Şuşanın itirilməsindən sonra düşmən silahı yerə qoyub təslim oldu.Şuşa ordumuzun sonrakı qələbələri üçün onun döyüş ruhunu yüksəltdi,xalqımızda və orduda özunəinam hissini daha da gücləndirdi".