HASANLY

HASANLY Maraqlı 10-11-2024, 15:52

Çinin yeni hiperkarı sürət rekordu qırdı

Çinin yeni hiperkarı sürət rekordu qırdı
"BYD Auto"dan yeni "Yangwang U9" elektrohiperkarı Çin avtomobilləri arasında yeni sürət rekordu müəyyənləşdirib.

Loading.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Çinin "Autohome" nəşri xəbər verib. Almaniyanın Papenburq şosesində avtomobil 391,94 km/saat sürətlənib.

Beləliklə də, "Yangwang U9" eyni avtomobilin avqustda müəyyən etdiyi əvvəlki rekordu 16,82 km/saat sürətlə üstələyib.

Xatırladaq ki, elektromobillər arasında rəsmi sürət rekordu iyunda 438,7 km/saat sürətlənən "Aspark Owl SP600" modelinə məxsusdur. Bütün avtomobillər arasında rekord isə 2017-ci ildə 447,19 km/saat nəticə ilə "Koenigsegg Agera RS"ə aiddir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
252 276 195 203 215 171

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.