cabir

cabir Xəbərlər 12-11-2024, 11:55

Hikmət Hacıyev: "Təəssüflə qeyd edim ki, Ermənistan COP29-da iştirak etmir"

Hikmət Hacıyev: "Təəssüflə qeyd edim ki, Ermənistan COP29-da iştirak etmir"
"Təəssüflə qeyd edim ki, Ermənistan COP29-da iştirak etmir" Sun.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib.

"Azərbaycan konvensiyanın üzvü olaraq, bütün tərəflərə dəvət göndərib", - deyə o qeyd edib.

O əlavə edib ki, COP29-da 70 mindən çox xarici və ölkədaxili nümayəndənin qeydiyyatı həyata keçirilib və bunların əksəriyyəti - 60 mini xarici qonaqlardır:

"Burada 3000-dən çox xarici media nümayəndələri qeydiyyatdan keçib".

Qeyd edək ki, noyabrın 11-də Bakıda COP29 tədbiri start götürüb. 190-a yaxın ölkənin nümayəndələrinin iştirak edəcəyi tədbir noyabrın 22-də başa çatacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
209 209 233 242 233 216

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.