cabir

cabir Xəbərlər 15-11-2024, 13:48

"Prezident İlham Əliyev COP tribunasını uğurlu platformaya çevirə və əsl reallıqları dünya ictimaiyyətinə çatdıra bildi" - Deputat

"Prezident İlham Əliyev COP tribunasını uğurlu platformaya çevirə və əsl reallıqları dünya ictimaiyyətinə çatdıra bildi" - Deputat
"Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimindəki, habelə COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışları istər iqlim dəyişikləri ilə mübarizə, istərsə də 21-ci əsrdə müstəmləkə siyasətinə qarşı qlobal səylərin birləşdirilməsi baxımından effektiv yol xəritəsi hesab oluna bilər". Sun.Az xəbər verir ki bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib.

O qeyd edib ki, prezident COP tribunasını uğurlu platformaya çevirə və əsl reallıqları dünya ictimaiyyətinə çatdıra bildi. Prezident COP tribunasından dünya bazarında qazıntı yanacağının həcminə görə Azərbaycanı on dəfələrlə üstləyən beynəlxalq subyektlərin ölkəmizi neft-qaz hasilatında günahlandırmasına layiqli formada cavab verməklə bu qüvvələrin açıq ikili standartlarla xidmət etməsinin ifşasına nail oldu:

"İlk növbədə cənab Prezident iqlim dəyişikləri ilə mübarizədə Azərbaycanın mümkün rolunun aydın formada ifadə olunması, xüsusən ölkəmizin başladığı meqa layihələrin Avrasiyanın enerji və daşıma yollarını dəyişməsi, həmçinin Azərbaycan Respublikasının yaşıl enerji gündəliyi hədəfləri barədə geniş məlumat verməklə COP29 sədrinin özünün iqlim dəyişikliyi ilə mübarizə mənzərəsini nümayiş etdirdi. Bundan başqa qlobal birliyin məsuliyyətli üzvü kimi Azərbaycanın üzərinə götürə biləcəyi vəzifələr və verə biləcəyi töfhələrin aydın strukturu bəyan olundu. Xüsusən inkişaf etməkdə olan kiçik dövlətlərinin Sammitində Azərbaycan Repsublikası həmin beynəlxalq subyektlərə iqlim dəyişiklərin təsirləri ilə mübarizədə göstərilə biləcək yardımın miqdarını açıqlamaqla konkret iş əmsalı ortaya qoydu. Bundan başqa COP29 ərəfəsi Azərbaycana münasibətdə qarayaxma və ikili standartlarda ehtiva olunan çoxsaylı hücumlara cavab olaraq möhtərəm Prezident COP tribunasını uğurlu platformaya çevirə və əsl reallıqları dünya ictimaiyyətinə çatdıra bildi. Bundan başqa cənab Prezident COP tribunasından dünya bazarında qazıntı yanacağının həcminə görə Azərbaycanı on dəfələrlə üstləyən beynəlxalq subyektlərin ölkəmizi neft-qaz hasilatında günahlandırmasına layiqli formada cavab verməklə bu qüvvələrin açıq ikili standartlarla xidmət etməsinin ifşasına nail oldu. Həmçinin Azərbaycanın liderliyində qlobal müstəmləkəçiliyə qarşı həyata keçirilən mübarizənin perspektivləri barədə aydın istiqamətlərin bəyan olunması və bu istiqamətdə dünya birliyinin səylərinin birləşdirilməsinə dair çağırışların dövlət başçısının çıxışının gündəliyində olan əsas məsələlərdən biri kimi səslənməsi bu istiqamətdə də vacib uğur sayılmalıdır. Bundan başqa əminliklə demək olar ki, COP29 özünün məqsədlərinin yanı sıra həm də qlobal gündəlikdə olan və bəşəri təhdid kimi narahatlıq yaradan məqamların dilə gətirilməsi və beynəlxalq ictimaiyyətin diqqətinin bu istiqamətdə cəlb olunması baxımından məhz cənab İlham Əliyevin aidiyyəti çıxışları hesabına çox effektiv və əlverişli platformaya çevrilə bildi".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
228 196 148 213 132 186

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.