HASANLY

HASANLY Xəbərlər 15-11-2024, 16:14

Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olacaq

Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olacaq
COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanın "ACWA Power" şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq (GVt) külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Loading.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, "Masdar" şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi və "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli imzalayıblar.

Nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olacaq. Bu sənəd tərəflər arasında ötən il Naxçıvanda ümumi gücü 500 MVt olan bərpa olunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı tərəfdaşlığın genişləndirilməsinə xidmət edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
182 180 170 155 216 173

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.