cabir

cabir Xəbərlər 17-11-2024, 14:22

Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin etdi

Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin etdi
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp cinayət işləri üzrə şəxsi vəkili Todd Blanşı baş prokurorun müavini təyin edib. Sun.Az -ın xəbərinə görə, bu barədə "Fox News" məlumat verib.

"Mən Todd Blanşın öz administrasiyamda baş prokurorun müavini vəzifəsində çalışacağını elan etməkdən məmnunluq duyuram", - deyə Tramp bildirib.

O, Blanşın peşəkarlığını vurğulayıb və onun vəzifəsində əla iş görəcəyinə əminliyini ifadə edib. Trampın sözlərinə görə, baş prokurorun yeni müavininin qarşısında çox uzun müddətdir pozulmuş ədalət sistemini bərpa etmək dayanır.

Qeyd edək ki, Todd Blanş Trampa qarşı məhkəmə prosesləri zamanı onun vəkili olub. 2023-cü ilin aprelində o, Trampa qarşı cinayət ittihamlarının siyasi motivli təqib olduğunu iddia edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
160 215 157 142 163 147

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.