cabir

cabir Xəbərlər 17-11-2024, 17:09

Jan Biql: "İqlim dəyişmələri hüquq-ədalət məsələləri ilə çox sıx bağlıdır"

Jan Biql: "İqlim dəyişmələri hüquq-ədalət məsələləri ilə çox sıx bağlıdır"
"Beynəlxalq hüquq iqlim həssaslığının öhdəsindən gəlmək üçün önəmli bir alət ola bilər. Çünki iqlim dəyişmələri hüquq-ədalət məsələləri ilə çox sıx bağlıdır". Sun.Az xəbər verir ki, bunu Beynəlxalq İnkişaf Hüququ Təşkilatının Baş Direktoru Jan Biql Bakıda COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, iqlim dəyişmələri hamıya təsir edir, amma hər kəsə eyni dərəcədə yox:

"Bu da qeyri-bərabərlik və ədalətsizliyin göstəricisidir. Xüsusən də həssas təbəqə olan qadınlar və uşaqlar bundan daha çox təsirlənirlər. Bu konsepsiyanın təməlində o dayanır ki, "iqlim ədaləti" termini müxtəlif insanlar üçün fərqli məna kəsb edir. İqlim dəyişmələrinin həllində də ədalətli həll yolları olmalıdır.

Parlamentarilər bu işdə rol oynamalı, şəffaf, dayanıqlı və yaşıl artım, iqlimə uyğun infrastruktur üçün əlverişli şərait yarada bilərik ki, bu, həm insanlar, həm də planet üçün xeyirlidir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
187 217 190 165 161 198

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.