HASANLY

HASANLY Xəbərlər 18-11-2024, 11:25

"Titanik"in sərnişinlərini xilas edən kapitanın saatı rekord qiymətə satıldı

"Titanik"in sərnişinlərini xilas edən kapitanın saatı rekord qiymətə satıldı
"Titanik" laynerinin 700-dən çox sərnişinini xilas edən "Karpatiya" gəmisinin kapitanı Artur Rostonun saatı 2 milyon dollara satılıb.

Loading.Az xəbər verir ki, bu barədə BBC "Henry Aldridge and Son" hərrac evinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, 18 karat qızıldan hazırlanmış "Tiffany" saatı 1912-ci ildə xilas etdiyi "Titanik"in sağ qalan sərnişinləri tərəfindən Rostona hədiyyə edilib. Saatın üzərində "Kapitan Rostona səmimi qəlbdən təşəkkür və minnətdarlıqla" yazısı həkk olunub.

Saat ABŞ-dən olan kolleksiyaçı tərəfindən satın alınıb. Məlumata görə, bu, "Titanik"lə əlaqəli əşya üçün indiyə qədər ödənilən ən yüksək qiymətdir. Əvvəlki rekord aprel ayında "Henri Aldridge and Son" saytında Astorun qızıl cib saatı təxminən 1,5 milyon dollara satıldığı zaman qeydə alınıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
188 227 206 165 188 179

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.