HASANLY

HASANLY İdman 19-11-2024, 10:52

Braziliya millisinin əfsanəsi ölkəsinin Futbol Konfederasiyasının prezidenti olmaq istəyir

Braziliya millisinin əfsanəsi ölkəsinin Futbol Konfederasiyasının prezidenti olmaq istəyir
Braziliyalı məşhur hücumçu Ronaldo ölkəsinin Futbol Konfederasiyasının (CBF) prezidenti olmaq istəyir.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, əfsanəvi futbolçu gələn il keçiriləcək seçkidə namizədliyini irəli sürməyi planlaşdırır. "Fenomen" ləqəbli keçmiş forvarda iş adamlarından, eləcə də məşhur futbolçulardan güclü dəstək var.

48 yaşlı Ronaldo prezident olacağı təqdirdə, İngiltərənin "Mançester Siti" komandası ilə müqaviləsi gələn il başa çatacaq Xosep Qvardiolanı Braziliya millisinə baş məşqçi təyin etməyi düşünür.

Qeyd edək ki, Ronaldo hazırda İspaniyanın "Real Valyadolid" və Braziliyanın "Kruzeyro" klublarının səhmlərinə sahibdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
237 250 223 210 207 193

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.