cabir

cabir Məşhurlar 21-11-2024, 11:48

"Teatr mənim evimdir"- əməkdar artist Anar Heybətov- VİDEOMÜSAHİBƏ

"Teatr mənim evimdir"- əməkdar artist Anar Heybətov- VİDEOMÜSAHİBƏ
"Mən özümü teatrda evimdəki kimi hiss edirəm. Hər zaman Akademik Milli Dram teatrının qapısından içəri girəndə özümü evimdə sayıram".

Bu sözlər Sun.Az a müsahibəsində əməkdar artist Anar Heybətov deyib.

O, qeyd edib ki, gənc yaşlarımdan böyüklərimdən də bu sözü eşidirdim ki, teatr aktyorun ikinci evidir. Bu gün mən onu yaşayıram:

"Düşünürəm ki, aktyor teatrda olmalıdır. Mütəmadi işləməli, məşqlər etməli, tamaşalarda oynamalıdır. Bəzi aktyorlar var ki, teatrda işləmirlər. Mənim üçün onlar akvariumdan uzaqlaşdırılmış balıq kimidir. Bir suya salınır, bir də çıxarılır. Balıq daima suda olduğu kimi aktyor olmaq istəyən şəxs də teatrda olmalıdır".

Əməkdar artist Anar Heybətov "Səmimi söhbət" rubrikasında digər sualları da cavablandırıb.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
209 260 256 203 242 236

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.