"Azərbaycanın əldə edəcəyi Ermənistanın işğalı ucbatından reallaşmadığına görə vurulmuş zərər müəyyən ediləcək" -Xəyal Bəşirov
Azərbaycan 2024-cü il noyabrın 19-da Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini təqdim edib.
Bəs Haaqa məhkəməsi iddianı haqlı saysa Ermənistanı nə kimi cəza gözləyir?
Mövzu ilə bağlı Sun.Az -a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov bildirib ki, Ermənistana münasibətdə iddiamız qəbul edilərsə, o halda Azərbaycanın əldə edəcəyi dividentlər Ermənistanın işğalı ucbatından reallaşmadığına görə bizə vurulmuş zərər müəyyən ediləcək:
"Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında ötən il təsis edilən Arbitraj məhkəməsi vasitəsilə Azərbaycanın iddiası qəbul edilib. Həmin iddiaya görə, Azərbaycan Ermənistanın beynəlxalq enerji xartiyasının tələblərini pozması, Azərbaycanın enerji resurslarının qanunsuz istismarı və bu proseslər fonunda Azərbaycana vurduğu zərərlə bağlı iddia qaldırıb və icraat mərhələsinə qəbul edilib. Əslində, bu, ilk hal deyil. Azərbaycan Ermənistana qarşı genişmiqyaslı iddia tələbləri irəli sürüb. Bu 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan ekologiyasına, şəhərlərinə, dini-tarixi abidələrinə qarşı törətdiyi silsilə cinayətlərin maddi zərərinin ödənilməsi məqsədilə edilir. 2-ci Qarabağ müharibəsindən sonra Ermənistan Azərbaycanın şəhərlərində mülki insanlara qarşı cinayətlər törədib. Bununla bağlı da Azərbaycan müvafiq addımlar atıb. Ermənistana münasibətdə iddiamız qəbul edilərsə, o halda Azərbaycanın əldə edəcəyi dividentlər Ermənistanın işğalı ucbatından reallaşmadığına görə bizə vurulmuş zərər müəyyən ediləcək. Cinayət tərəfi də araşdırılmalıdır. Bu cinayətlər çoxmiqyaslı olduğuna görə ayrı-ayrı beynəlxalq məhkəmələrdə araşdırılmalıdır".