HASANLY

HASANLY İdman 22-11-2024, 12:47

"Qalatasaray" dünya çempionunu transfer etmək istəyir

"Qalatasaray" dünya çempionunu transfer etmək istəyir
İstanbul nəhənglərindən olan olan "Qalatasaray" Argentina millisi ilə dünya çempionu olan Leandro Paredesin transferində maraqlıdır.

Loading.Az "Aspor"a istinadən xəbər verir ki, hazırda "Roma" klubunda çıxış edən yarımmüdafiəçi Argentina klublarından birinə keçməyi prioritet hesab edir. Ancaq "Qalatasaray"ın Leandro Paredes üçün illik beş milyon avroluq maaş təklifi futbolçunun menecerinin diqqətini çəkib.

Bu səbəbdən Paredes "Qalatasaray"la danışıqlar masasına əyləşməyi qəbul edib.

Qeyd edək ki, Leandro Paredes bu mövsüm "Roma" forması ilə cəmi səkkiz oyunda meydana çıxıb, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
254 240 239 214 211 162

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.