cabir

cabir Xəbərlər 22-11-2024, 19:55

DİQQƏT: Bu ərazilərdə yeni yol nişanları quraşdırıldı

DİQQƏT: Bu ərazilərdə yeni yol nişanları quraşdırıldı
Bakıda yeni yol nişanları quraşdırılıb. Sun.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın müxtəlif ərazilərində nəqliyyat təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni yol nişanları quraşdırıb:

"Afiyyədin Cəlilov küçəsində 26, Azadlıq prospektində 39,Mətbuat prospektində 44 ədəd yol nişanı quraşdırılıb;

Abay Kunanbayov küçəsində 2 ədəd ("5.16.1-5.16.2") piyada keçidi yol nişanı quraşdırılıb;

Alim Şəbiyev küçəsində 2 ədəd "1.21 uşaqlar" və 2 ədəd "5.16.1-5.16.2" piyada keçidi yol nişanı quraşdırılıb;

Balaxanı yolu, Mikayıl Useynov, Nabatxanım Aşurbəyova,Mirzəağa Əliyev və Mirəli Seyidov küçələrində 7 ədəd dayanma və durma qadağandır yol nişanı quraşdırılıb".

"Bütün bu yeniliklər hərəkət iştirakçılarına daha rahat və təhlükəsiz bir mühit yaratmağı hədəfləyir",- deyə qurumdan əlavə edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
209 214 186 220 178 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.