HASANLY

HASANLY İdman 25-11-2024, 11:21

Superkompüter İngiltərə Premyer Liqasında cari mövsümün çempionunu açıqlayıb

Superkompüter İngiltərə Premyer Liqasında cari mövsümün çempionunu açıqlayıb
Britaniyanın "Opta" analitika şirkətinin superkompüteri cari mövsümdə "Liverpul"un İngiltərə Premyer Liqasının cari mövsümünün qalibi olacağını proqnozlaşdırıb.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, "qırmızılar"ın İngiltərə çempionu olma ehtimalı 69.5%-dir. "Opta" qeyd edib ki, "Mançester Siti"nin bu turdakı məğlubiyyəti, "Liverpul"un isə qələbəsi Arne Slotun komandasının şansını 9.2% artırıb.

Xosep Qvardiolanın komandasının mövsümü birinci yerdə bitirməsi ehtimalı getdikcə daha da əriyərək 23.3%-ə düşüb:

"Şəhərlilər"in şansları azalır. 2024-25 mövsüm başlamazdan əvvəl 82.2%-dən 11-ci tur sonunda 34.3%-ə düşən göstərici indi "Opta" superkompüterinin son simulyasiyalarında 23.3%-ə enib. Bu, 11% azalma deməkdir".

Bundan başqa, superkompüter "Arsenal"ın şansını 6.5% (+1.5%), "Çelsi"nin isə 0.6% (+0.3%) qədər dəyərləndirib.

Şirkət vurğulayıb ki, superkompüter mövsümü 10 000 dəfə modelləşdirir və hər komandanın titulu qazandığı bu simulyasiyaların payını hesablayır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
301 252 177 200 225 175

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.