HASANLY

HASANLY İdman 25-11-2024, 11:29

"Liverpul"un baş məşqçisi Karlo Ançelottinin rekordunu təkrarladı

"Liverpul"un baş məşqçisi Karlo Ançelottinin rekordunu təkrarladı
Ötən gün səfərdə "Sauthempton"u məğlub edən "Liverpul" (3:2) Premyer Liqada 10-cu qələbəsini qazanıb.

Loading.Az "Opta"ya istinadən xəbər verir ki, "Liverpul"la 12 görüşün 10-da qalib gələn Arne Slot, İngiltərə Premyer Liqasında rekordu təkrarlayıb. Bundan əvvəl belə nəticəyə yalnız "Çelsi"də çalışmış Karlo Ançelotti və Qus Hiddink nail olublar.

Hazırda "Liverpul" 28 xalla İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, Arne Slotun komandası ikinci yerdə qərarlaşan "Mançester Siti"ni 5 xal qabaqlayır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
238 287 251 191 251 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.