HASANLY

HASANLY İdman 25-11-2024, 13:14

"Qarabağ" 24 il əvvəlki rekordu təkrarlayıb

"Qarabağ" 24 il əvvəlki rekordu təkrarlayıb
Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə 7-ci böyükhesablı qələbəsini qazanan "Qarabağ" Sumqayıt "Xəzər"inin rekordunu təkrarlayıb.

Loading.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi 13 görüşün yarıdan çoxunda 3 və ya daha çox top fərqi ilə qalib gəlib.

Ağdam klubu bununla da ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb. Bunadək dörd dəfə iştirakçılardan biri ilk 13 turda 7 dəfə rəqiblərini ağır məğlubiyyətə uğradıb.

Buna nail olan ilk komanda Sumqayıtın "Xəzər" klubu olub. O, 1992-ci ildə belə uğur qazanıb. "Kəpəz" 1994/95, "Neftçi" isə iki dəfə - 1996/97 və 2000/01 mövsümlərində 13 turda 7 dəfə böyük hesabla qalib gəlib. "Qarabağ" son 24 ildə buna nail olan ilk komandadır.

Qeyd edək ki, Ağdam təmsilçisi cari mövsümdə "Araz-Naxçıvan"ı 4:1, "Kəpəz"i 3:0 və 5:0, "Neftçi"ni 4:0, "Şamaxı"nı 3:0, "Zirə"ni 4:0, "Səbail"i 3:0 hesabı ilə məğlub edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
218 256 189 174 206 192

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.