Bir vaxtlar sevgilim dediyin menem ?
səni düşündüm,hər saniyə..
Dayana bilmədim sənsiz.. Sənsiz keçən bir günüm belə olmadı.. sənsiz olsam belə düşüncələrimdə,xəyallarımda hər zaman sən oldun.. Dalaşdığımızda gecələr yuxu girmədi gözümə.. Hər zaman səni düşündüm səni fikirləşdim..
Fərz etmişdim sadəcə.. sənin məni sevdiyini düşünmüşdüm..sən demə hər sözün yalan imiş..Bütün xəyallarımı alt-üst etmisən.. İndi hər gün sənə niyə belə bağlandığımı,səni niyə sevdiyimi düşünürəm.. Hərdən fikirləşirəm də,bu qədər seviləcək nə etdin?!.. Mənə hər gün canım dedin,lakin hər sözün hər baxışın yalanlarla dolu idi..Mənə hər dediyin sözün yalan olduğunu fikirləşdikcə ürəyim qopur yerindən.. Qəlbimi artıq oğurlamısan.. Sənə necə etibar edə bilmişdim deyə düşünürəm..
Düşünürəm ki,necə səni sevə bilmişdim..sənə necə aldana bilmişdim.. Hər güldüyündə necə xoşbəxt ola bilmişdim.. Düşünürəm..
Hardan biləydim ki,bir gün güvəndiyim, sevdiyim insan bir gün gəlib hər şeyi alt-üst edəcək.. Hardan biləydim ki,sən mənim sevgimə layiq deyilmişsən?.. Bilirsən,hərdən oturub fikirləşirəm ki,səni niyə sevmişəm.. Heç də layiq olmamısan bu sevgimə.. Səni necə unudacam bilmirəm,bilmirəm.. Elə nifrət edirəm ki özümə..Səni sevdiyimçün,sənə güvəndiyimçün,sənə bağlandığıma görə..səninlə olan hər bir ana artıq nifrət edirəm.. Sənə hətta,sənə belə nifrət edirəm..
Mənim gülüşüm sən idin ..
Mənim sevgim sən idin ..
Mənim dünyam sən idin ..
Mənim həyatım sən idin ..
Mənim saniyəm,dəqiqəm,saatım günüm sən idin ..
Mənim nəfəsim sən idin ..
Bəs mən səninçün nə idim axı ? .. sadə bir oyuncaq ? .. Belə asan idimi qəlbimi qırmaq ? .. Axı necə qıya bildin öz sevginə ? ..






