cabir

cabir Məşhurlar 2-12-2024, 18:28

Azərbaycanda müğənni axtarışa verildi

Azərbaycanda müğənni axtarışa verildi
"Müğənni Dəniz Əsədova barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə axtarış elan olunub". Sun.Az bildirir ki, Globalinfo.az-a daxil olan məlumata görə, müğənninin sosial şəbəkə hesablarında təhqir etdiyi bir vətəndaş onun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.

İddialara görə, məhkəmədən yayınan Dəniz Əsədova barəsində məhkəmə onun axtarışa verilməsini qərara alıb.

Bundan əlavə bildirilir ki, Binəqədi rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri xarakterli qərarı ilə Dəniz Əsədovaya həmin vətəndaş barəsində məlumat paylaşmaq və yaymaq da qadağan edilib.

Məlumata görə, Dəniz Əsədova daha əvvəl də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və vətəndaşları təhqir etdiyi üçün digər maddələrlə məsuliyyətə cəlb edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
244 241 201 202 247 201

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.