cabir

cabir Xəbərlər 2-12-2024, 18:51

"Nə 5-ci kolonun, nə də xaricdən qlobalistlistlərin səyləri Gürcü Arzusunu iqtidardan uzaqlaşdıra bilməyəcək" - Politoloq

"Nə 5-ci kolonun, nə də xaricdən qlobalistlistlərin səyləri Gürcü Arzusunu iqtidardan uzaqlaşdıra bilməyəcək" - Politoloq
Gürcüstanın paytaxtı Tbilisidə etirazlar Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqları dayandırmasından sonra yenidən başlayıb. Hökumətin qərarına etiraz edən vətəndaşlar yenidən parlament binası yaxınlığında toplaşıb.

Mövzu ilə bağlı Sun.Az - a danışan politoloq Elşən Manafov bildirib ki, Müxalifət demokratiyanın əsas tələbinə münasibətdə sayğısızlıq nümayiş etdirir. Gürcüstanın hazırki parlament və hökuməti tam qanuni,demokratik və legitimdir. Gürcü arzusu Gürcüstanın əksər vətəndaşlarının siyasi iradə və arzusuna nəzərən seçkilərdə qalib gəlmiş və iqtidarı formalaşdırmışdır.Məhz buna görə də onu daxildən nə 5-ci kolonun, nə də xaricdən qlobalistlistlərin əlbir səyləri iqtidardan uzaqlaşdırmaq mümkün olmayacaq:

"Qərbyönümlü müxalifətin Tbilisidə təkrar parlament seçkilərinin keçirilməsi tələbi ilə təşkil etdiyi etiraz aksiyaları onun konstitsion hüququ olsa da, paytaxtda vəziyyətin nəzarət altından çıxmasına,ölkədə vətəndaş qarşıdurmasının yaşanmasına hesablandığından ölkədə sabitliyin və vətəndaş hüquqlarının qorunub saxlanılmasına,dövlətçilik üçün təhdid və təhlükə təşkil edən aksiyaların durdurulmasına məsul olan hakimiyyət tam qanuni və legitim vasitələrlə onların qarşısını alır.Müxalifət demokratiyanın əsas tələbinə münasibətdə sayğısızlıq nümayiş etdirir. Bu isə çoxluğun iradəsinə tabe olmaq prinsipinin gözlənilməsini ehtiva edir.Gürcüstanın hazırki parlament və hökuməti tam qanuni,demokratik və legitimdir. O,Gürcüstan vətəndaşlarının siyasi iradəsi və istəyinə uyğun olaraq formalaşmışdır.
Seçkiləri müşahidə edən Qərb institutları onların demokrarik,azad və şəffaf keçdiklərini etiraf ediblər,lakin konyuktura və geosiyasi maraqlardan çıxış edərək nəticələrin ədalətli olması amilinə qərəzli mövqe sərgiləyir,onların nəticələrini tanımaq istəmirlər.
Hər şeydən göründüyü kimi, Qərb Gürcüstanda onun maraqlarına xidmət edəcək siyasi qüvvələri hakimiyyətdə görmək istəyir,Gürcüstanın dövlət və milli maraqlarına köklənən siyasi qüvvələrlə əməkdaşlıq Qərbdəki bəlli dairələlərin maraq dairəsinə aid deyil. Vətənpərvər qüvvələr qlobalistlərin müxtəlif ölkələrdə olduğu kimi ailə dəyərlərinin,mental dəyərlər və adət-ənənələrə olan basqısına qarşı çıxır,Gürcüstana yad olan Qərb dəyərlərinin gürcü cəmiyyətinə transferinə qarşı çıxış edirlər.Buna görə də Qərbyönümlü müxalifət ilə müqayisədə daha geniş və ciddi sosial bazaya malikdirlər.
Gürcü arzusu Gürcüstanın əksər vətəndaşlarının siyasi iradə və arzusuna nəzərən seçkilərdə qalib gəlmiş və iqtidarı formalaşdırmışdır.Məhz buna görə də onu daxildən nə 5-ci kolonun, nə də xaricdən qlobalistlistlərin əlbir səyləri iqtidardan uzaqlaşdırmaq mümkün olmayacaq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
215 252 213 216 243 257

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.