HASANLY

HASANLY Xəbərlər 3-12-2024, 13:12

Tramp Qəzzada girov saxlayanları hədələdi: "Ağır cəza gözləyir"

Tramp Qəzzada girov saxlayanları hədələdi: "Ağır cəza gözləyir"
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp andiçmə mərasiminə qədər İsrail-Fələstin münaqişəsində atəşkəs razılaşması əldə olunmaması və girovların geri qaytarılmaması halında Qəzza zolağında girovların saxlanmasına görə məsuliyyət daşıyanları çox ağır cəzalandıracağı ilə hədələyib.

Loading.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"Girovlar 2025-ci il yanvarın 20-dək azad edilməsələr, mən qürurla Birləşmiş Ştatların prezidenti vəzifəsini icra etməyə başladıqda, Yaxın Şərqdə bəşəriyyətə qarşı bu vəhşilikləri törədənlərin hamısını çox ağır cəza gözləyir" - o bildirib.

Tramp, həmçinin Qəzza zolağında girovların saxlanması ilə bağlı danışıqların heç bir nəticəyə gətirib çıxarmamasından təəssüfləndiyini bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
188 216 140 146 141 177

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.