HASANLY

HASANLY Xəbərlər 5-12-2024, 11:12

Ukraynanın keçmiş prezidentinin oğlu axtarışa verilib

Ukraynanın keçmiş prezidentinin oğlu axtarışa verilib
Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun oğlu və sabiq deputatı Aleksey Poroşenko çağırış vərəqəsinə əsasən ərazi çağırış mərkəzinə (ƏÇM) gəlmədiyi üçün axtarışa verilib.

Loading.Az strana.today-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Telegram" kanalları Ukrayna Silahlı Qüvvələrinin nümayəndələrinə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, A.Poroşenko iki dəfə hərbi xidmətə çağırılıb: sentyabrın 4-də və oktyabrın 21-də. Lakin o, hər iki dəfə çağırışa məhəl qoymayıb. Eyni zamanda, 39 yaşlı sabiq deputat ehtiyatda olan leytenant hərbi rütbəsinə malikdir.

KİV-in məlumatına görə, Aleksey həyat yoldaşı, qızı və oğlu ilə iki şəhərdə yaşayır: London və Sinqapur. Ukraynada atasının onun adına keçirdiyi ailə biznesini uzaqdan idarə edir. 2014-cü ildə toqquşmalar başlayandan sonra onun könüllü səfərbər olduğu və minaatan ekipajının komandiri vəzifəsində işlədiyi bildirilir. Lakin sonra mətbuat döyüş əməliyyatlarında iştirak etmədiyini yazıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
205 229 133 170 163 216

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.