cabir

cabir Xəbərlər 5-12-2024, 20:59

"Ölkə başçısının dediyi kimi, biz Qərbi Azərbaycana topla,tüfənglə yox, öz avtomobillərimizlə qayıdacağıq" - Deputat

"Ölkə başçısının dediyi kimi, biz Qərbi Azərbaycana topla,tüfənglə yox, öz avtomobillərimizlə qayıdacağıq" - Deputat
Bu gün Bakıda "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusuna həsr olunmuş II beynəlxalq konfrans keçirilib.

Mövzu ilə bağlı Sun.Az -a danışan deputat Vüqar İskəndərov bildirib ki, BMT və digər beynəlxalq platformalarda qərbi azərbaycanlıların səsi eşidilir və ölkəmizdə bu qayıdışla beynəlxalq konfrans keşirilib. Gələn qonaqlar, edilən çıxışlar qərbi azərbaycanlıların ləyaqətli qayıdışı ilə bağlı məsələlər ortaya qoyacaq. Ölkə başçısının dediyi kimi, biz həmin yerə topla,tüfənglə yox, öz avtomobillərimizlə, dinc yolla qayıdacağıq. Zamanı yetişəndə bu məsələ öz həllini tapacaq:

"80-ci illərin sonunda Qərbi Azərbaycandan 200 minə yaxın insan didərgin salındı. Bu insanların fundamental hüququ doğulub boya-başa çatdığı yerdə yaşamaqdır. Həmin dövrdə Sovet İttifaqının süqutu yaxınlaşırdı. Azərbaycan hələ onun tərkibində idi. Ulu öndər Heydər Əliyev Sovet İttifaqı rəhbərliyindən istefa vermişdi. Ona qarşı böyük təzyiqlər var idi. Təbii olaraq ulu öndərin hakimiyyətdən getməsi erməniləri daha da azğınlaşdırdı. Moskvada hakimiyyətdə olan və erməniləri dəstəkləyən rəhbərlərin köməyi ilə ermənilər rahat şəkildə insanları öz evlərindən, yurdundan qovdular və böyük vandallıq törətdilər. Təbii olaraq bu gün Azərbaycan dünyanın ən qüdrətli dövlətlərindən biridir. Başçımız cənab İlham Əliyev qlobal anlamda sayılıb-seçilən dünya lİderlərindən biridir. Bu, bizim gücümüzə güc qatır. Azərbaycan müstəqil ölkə kimi öz hüquqlarını dünya birliyi qarşısında qoruya bilir. Biz Vətən müharibəsi və antiterror əməliyyatı ilə gücümüzü ortaya qoyduq. Həm ilahi ədaləti, həm beynəlxalq hüququn prinsiplərini bərpa etdik. Qərbi Azərbaycana qayıdışla bağlı Azərbaycan dövlətinin konsepsiyası var .Qərbi Azərbaycan icması fəaliyyət göstərir və vacib layihələr icra edir. BMT və digər beynəlxalq platformalarda qərbi azərbaycanlıların səsi eşidilir və ölkəmizdə bu qayıdışla beynəlxalq konfrans keşirilib. Gələn qonaqlar, edilən çıxışlar qərbi azərbaycanlıların ləyaqətli qayıdışı ilə bağlı məsələlər ortaya qoyacaq. Ölkə başçısının dediyi kimi biz həmin yerə topla,tüfənglə yox, öz avtomobillərimizlə, dinc yolla qayıdacağıq. Zamanı yetişəndə bu məsələ öz həllini tapacaq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
284 264 201 246 206 227

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.