SeBiNe166

SeBiNe166 İslam Dini 27-08-2017, 16:15

Cəhənnəm HAQQINDA

Cəhənnəm HAQQINDA
Cəhənnəm HAQQINDA

Kimlər cəhənnəmə girəcək?
Quranda bir cox ayədə cəhənnəmə girəcək insanların xüsusiyyətlərindən bəhs edilir. Bu xususiyyətlərdən bir qismini belə sadalamaq olar: Allah`ı inkar edən, Allah`dan başqasını ilahlaşdıran, Allah`a şərik qoşan, özünü ilahlaşdıran, Ondan başqa saxta ilahlar, xilaskarlar, yol göstərənlər qəbul edən, Allah`ın yolundan çəkindirən, Onun yolunda ziddiyyət axtaran, Allah`ın nazil etdiyi kitabdan bəzi şeyləri gorməməzliyə vurub gizlədən, Allah`ın adının zikr olunmasına mane olan, yetimin malını zülm edib yeyən, insanların haqqına təcavuz edən, ayələri təkzib edən, faiz yeyən, peyğəmbərləri haqsız yerə oldurən, insanlardan ədaləti əmr edənləri oldurən, Allah`ın elçilərinə müxalif çıxan, qəsdən adam oldurən, insanların mallarını haqsız yerə yeyən, dinini oyun-əyləncəyə cevirən, Allah`ın ayələri və elcilərinə istehza edən, yenidən dirildilməyəcəyini duşunub axirətə inanmayan, Allah`ın hüzuruna çıxacağına inanmayan, dünya həyatına qane olan, heç bir ciddi səbəbi olmadığı halda, Allah`ın fərz qıldığı ibadətləri yerinə yetirməyən, Allah`dan qorxub-cəkinməyən, namaz qılmayan, pis işləri təşkil edən, fitnə-fəsad torədən, Allah`ın ayələrini təkzib edən, təkəbburlə Allah`a ibadətdən boyun qaçıran, möminlərə bohtan atan, əxlaqsızlığı yayan, həqiqəti gizlədən, Allah`ın hədlərini aşan, haramları yeyən, olcudə-tərəzidə ədalətsizlik edən, təkəbburlu, xəsis, hormətsiz, eqoist, nankor, xain, qudurğan, zalım, inadkar…
Allah bu xususiyyətlərə malik olub olənə qədər bu əxlaqsız hərəkətlərdən əl cəkməyən hər kafirin mutləq cəhənnəmə girəcəyini və etdiklərinin əvəzində boyuk əzab cəkəcəyini bildirmişdir. “Qaf” surəsində belə deyilir:
Atın cəhənnəmə hər bir inadcıl kafiri; xeyrə mane olanı, həddi aşanı, (Allah`ın birliyinə) şəkk edəni! O kimsəni ki, Allah`la yanaşı, özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə! (Qaf surəsi, 24-26)

Cəhənnəmdəki peşmancılıq fayda verərmi?
Allah butun insanlara elciləri və kitabları vasitəsilə hər şeyi bildirmişdir. Hec bir qovmu xəbərdar edib qorxutmadan əzab gondərmir (Şuəra surəsi, 24). Hər insan kifayət qədər oyud alacaq və etməli olduğu hər şeyi oyrənəcək qədər yaşayır. Etməli olduqları hər şeyi bildikləri və duşunub oyud almaq üçün vaxtları olduğu halda, inkarlarına israrla davam edən insanlar cəhənnəmdə əbədiyyən yaşamağa layiqdirlər. Amma bu insanlar oraya girdikləri anda dunyada etdiklərinə gorə çox peşman olarlar. Lakin bu peşmançılığın faydası yoxdur. Etdiklərini duzəltmək üçün dünyaya qayıtmaq istəyən kafirlərin yalvarışları faydasızdır. Çünki onlar verilən fursəti dəyərləndirməmişlər və əbədiyyət haqlarını itirmişlər. Allah ayədə bu kafirlərin carəsiz vəziyyətini belə bildirmişdir:
Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan cıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dunyada) edirik!” “Məgər orada sizə oyud-nəsihət qəbul edəcək kimsənin oyud-nəsihət qəbul edə biləcəyi qədər omur vermədikmi?! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!” (Fatir surəsi, 37)

Cəhənnəmdə oddan başqa
əzablar varmı?
Allah Quranda inkar edənlərin cəhənnəmdə ikən oda atılacaqlarını, oddan və qatrandan paltarlar geyinəcəklərini bildirmişdir (Həcc surəsi, 19). Ancaq insanın cəhənnəmdə cəkəcəyi əzab oddan ibarət deyil.

Cəhənnəmdə:
Dəmir toppuzlar var. (Həcc surəsi, 21)
İnsanlar qandallanacaqlar. (İbrahim surəsi, 49)
Boyunlarında dəmir halqalar və zəncirlərlə surunəcəklər. (Ğafir surəsi, 71)
Başlarına qaynar su töküləcək. (Duxan surəsi, 48)
Qatrandan koynəklər geyinəcəklər. (İbrahim surəsi, 50)
Əlləri boyunlarına bağlı halda, cəhənnəmin dar yerinə atılacaqlar. (Furqan surəsi, 13)
Cəhənnəm ucun odun olacaqlar. (Cinn surəsi 15, Ali-İmran surəsi 10)
Burada sadalananlar cəhənnəmdəki əzabın çox az hissəsidir. Orada insanın təsəvvur etmədiyi ağır əzablar var. Peşmançılıqla birlikdə Allah`ın insanın qəlbinə verdiyi mənəvi əzab isə əbədiyyən oradakı insanların ürəklərini yandıracaq. Bu mənəvi əzaba Quranda belə diqqət cəkilir:
Sən nə bilirsən ki, Hutəmə nədir?! O, Allah`ın yanar odudur. Elə bir od ki, urəkləri yandırıb yaxar. (Huməzə surəsi,57)

Cəhənnəmdə inkar edənlərin
yeməyi və ickisi nə olacaq?
Dunyada ikən həddi aşdıqlarına görə, Allah`ın rəhmətindən uzaqlaşdırılan bu insanlara axirətdə heç bir nemət verilməyəcək. Cəhənnəmdə ancaq əzab çəkəcək inkarçılar cənnətdə möminlərə əbədiyyən bəxş edilən nemətlərdən onlara bir az da olsa vermələri üçün yalvaracaqlar (Əraf surəsi, 50). Lakin inkarçılara haram edilmiş bu nemətlərin əvəzində onlara doyumsuz, boğazlarını tıxayan, əzab verən, hətta dözülməz aclıqlarını təmin etməyən qidalarla susuzluqlarını daima artıran içkilər veriləcək. Onlara heç bir fayda verməməsinə, hətta əzab verməsinə baxmayaraq, əbədi olaraq bu yemək və içkilərə möhtac qalacaqlar.
Cəhənnəmdə kafirlər ucun hazırlanmış, onlara əzab və iyrənclik hissi verən yemək və ickilər Quranda belə təsvir edilmişdir:
Zəqqum ağacı (Duxan surəsi, 43-46), darı tikanı (Ğaşiyə surəsi, 6-7) cəhənnəmdəki yeməklərdəndir. Qaynar su (Vaqiə surəsi, 54-55), irinli su (İbrahim surəsi, 16-17) və qan (Haqqə surəsi, 36) cəhənnəmdəki ickilərdəndir.

Cəhənnəm dərəcə-dərəcədirmi?
Cəhənnəmdə hər kəs etdiklərinin qarşılığını tamamilə alacaqdır. Əlbəttə, inkar dərəcəsinə, Allah`ın dininə və möminlərə qarşı apardıqları mübarizəyə, dünyada etdikləri zülmün şiddətinə əsasən, insanlar arasında dərəcə fərqləri olacaq. Məsələn, möminlərin ən böyük düşmənlərindən olan və əleyhlərində gizli fəaliyyət göstərən münafiqlərin cəhənnəmin ən alt təbəqəsində olacağı (Nisa surəsi, 145) Quranda bildirilmişdir. Bunun kimi hər inkar edənin mütləq cəhənnəmə girəcəyi və Allah`ın ədaləti ilə əməllərinin tam qarşılığını alacağı Quranda bu ayələrdə xəbər verilir:
Belələri ozlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət ummətlərlə birlikdə haqlarında əzab sözünün gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır! Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini versin. Onlara əsla haqsızlıq edilməz. (Əhqaf surəsi, 18-19)
Bununla yanaşı, bəzi insanların düşündüyünün əksinə, insanlar günahlarının cəzasını bir müddət çəkdikdən sonra bağışlanaraq cəhənnəmdən çıxa bilməyəcəklər. Cəhənnəmə girən hər inkarçı əbədi olaraq orada qalacaq. (Bəqərə surəsi, 80-81)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1384 1335 1114 1208 1191 1250

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.