AzizA

AzizA Mətbəx 7-12-2024, 12:42

Böyürtkənli qurabiyə

Böyürtkənli qurabiyə


Xəmir:(ərzaqlar otaq temperaturunda olmalıdır)
100 qram kərə yağı
170 qram qəhvəyi şəkər
1 yumurta
5 qram vanilin
200 qram un
2 qram duz
4 qram qabartma tozu
1 qram soda

Kərə yağı və şəkəri bərkiyənə qədər çalın, sonra yumurta və vanili, ən sonda isə quru inqrediyentləri əlavə edin. 60 qramlıq 9 ədəd toplar düzəldib yağlı kağız sərilmiş listə düzün və ən az bir saat soyuducuda saxlayın. Sonra çıxarıb 170C-də 8-10 dəqiqə bişirin.

Böyürtkənli konfi:
100 qram böyürtkən püresi
30 qram ağ şəkər
2 qram pektin
Bir çay qaşığı limon suyu

Böyürtkəni püre halına gətirin və az odda şəkərin yarısı ilə qarışdırıb bişirin. Qalan şəkəri pektinlə qarışdırıb böyürtkənin üzərinə tökün və sonda limon suyunu qarışdırın. Bir neçə saat soyuducuda saxlayın ki, soyuyub bərkisin. Konfini krem torbasına boşaldın.

Krem:
150 qram krem pendir
30 qram şəkər pudrası
1 qram vanil

Bütün inqrediyentləri mikserlə qatılaşana qədər çalın. Kremi krem torbasına boşaldın. Bişib tam soyumuş qurabiyələri şəkildə gördüyünüz formada bəzəyin. Bu qədər❤️

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
319 318 228 227 219 248

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.