HASANLY

HASANLY Xəbərlər 9-12-2024, 02:01

İsrail və ABŞ Suriyaya genişmiqyaslı zərbələr endiriblər

İsrail və ABŞ Suriyaya genişmiqyaslı zərbələr endiriblər
İsrail Hərbi Hava Qüvvələri Suriyada onlarla hədəfə zərbələr endirib.

Loading.Az xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət teleradioyayım şirkəti məlumat yayıb.

Şirkətin mənbələrinin bildirdiyinə görə, hücumların hədəfi zenit-raket kompleksləri, ballistik raket istehsalı sexləri və onların saxlanması üçün anbarlar, hava hücumundan müdafiə sistemləri olub. Qeyd olunur ki, bu zərbələr İsrailin Suriya səmasında davamlı fəaliyyət azadlığını təmin etmək məqsədi daşıyıb.

Məlumata görə, İsrailin Suriyaya endirdiyi zərbələr çox intensiv olub. Silahların və hava hücumundan müdafiə sisteminin elementlərinin istehsalı və saxlanması obyektləri ilə yanaşı, zərbələrin məqsədi ölkədə hakimiyyət dəyişikliyindən sonra İsrailə düşmən olan ünsürlərin əlinə keçə biləcək strateji silahların məhv edilməsi olub.

Həmçinin, ABŞ ordusu da Suriyada 75-dən çox hədəfə, o cümlədən İslam Dövləti terror təşkilatının düşərgələri və yaraqlılarına onlarla hava zərbəsi endirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
175 171 161 166 152 185

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.